featured-image-16047
“Lion”un və Braziliya millisinin sabiq üzvü Juninyo Pernambukano ölkəsindəki seçkilər haqqında danışarkən Neymarı kəskin tənqid edib.
Msport.az “Goal.com”a istinadən xəbər verir ki, cərimə zərbələrinin mahir ifaçısı PSJ-nin hücumçusunu faşistləri dəstəkləməkdə günahlandırıb:
“Neymar kimi sağçı braziliyalı futbolçuların faşistləri dəstəklədiyini görəndə ürəyim bulanır. Biz cəmiyyətin aşağı təbəqəsindən gəlmişik və xalqıq. Qarşı tərəfə necə keçə bilərik”.
Qeyd edək ki, dünən Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda müxalifətin namizədi, solçu Luis İnasio Lula da Silva hazırkı Prezident Jair Bolsonaronu təxminən 2 milyon səslə geridə qoyaraq seçicilərin 50,9 %-nin dəstəyi ilə qalib gəlib. Da Silvanın seçki kampaniyasında əsas şüarı “kasıb insanı büdcəyə daxil edək” olub.
Neymar əvvəlki seçkilərdə sağçı Bolsonaronun açıq dəstəkçilərindən idi.

Bənzər xəbərlər