Neymar künc nöqtəsindən qol vurdu - VİDEO
“Santos”un yeni transferi Neymar künc nöqtəsindən birbaşa zərbə ilə qol vurub.
Msport.az xəbər verir ki, o, Paulista çempionatının XII turunda “İnter Limeyra” klubu ilə oyunda bunu reallaşdırıb.
33 yaşlı forvard komandasının ikinci qolunun müəllifi olub. Qarşılaşma “Santos”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.