featured-image-44475

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar yenidən Lionel Messi ilə komanda yoldaşı olmaq istəyir.

Msport.az xəbər verir ki, braziliyalı forvard MLS komandasında çıxış etmək niyyətindədir.

“Ümid edirəm ki, yenidən birlikdə oynayacağıq. Messi böyük futbolçudu, bunu hamı yaxşı bilir. Düşünürəm ki, o, Mayamidə hər şeydən razıdı. Leo xoşbəxtdisə, mən də xoşbəxtəm”, – deyə Neymar söyləyib.

Qeyd edək ki, Neymarla Messi “Barselona” və PSJ-də bir yerdə çıxış ediblər.

Bənzər xəbərlər