Neymar Messinin komandasına keçir
Braziliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar karyerasını ABŞ-da davam etdirəcək.
Msport.az xəbər verir ki, bu barədə “Worldsoccertalk” məlumat yayıb.
Hücumçunun “İnter Mayami”yə keçəcəyi bildirilib. Şayiələrə görə, forvard artıq komanda yoldaşlarına bu barədə məlumat da verib.
Qeyd edək ki, 2023-cü ilin yayında “Əl-Hilal”a keçən Neymar bu komandada cəmi beş oyuna çıxıb və 1 qol vurub. “İnter Mayami”də argentinalı ulduz futbolçu Lionel Messi də çıxış edir.