Neymar “Real”ın təklifini niyə qəbul etməyib?
“Santos”un hücumçusu Neymar 2013-cü ild “Barselona”nı seçməsinin səbəbini açıqlayıb.
Msport.az xəbər verir ki, Braziliya millisinin üzvü həmin vaxt “Real”dan da təklif aldığını etiraf edib.
O, hətta “kral klubu”nun daha yüksək məvacib təklif etdiyini vurğulayıb: “Barselona” mənə müəyyən məbləğ, “Real” isə boş çek təklif etdi. Nə qədər istəsəydim verəcəkdilər, hətta “Barsa”nın verdiyindən üç dəfə də çox. “Real”ın prezidenti Florentino Peres məni sevirdi. Ancaq mən Lionel Messi ilə eyni komandada oynamaq üçün “Barselona”nı seçdim”.
Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”nın formasını geyinib.