featured-image-65150

“Santos”un hücumçusu Neymar Braziliya klubu ilə müqaviləsini uzadacaq.

Msport.az xəbər verir ki, 33 yaşlı forvardın 1 illik yeni sözləşməyə qol çəkəcəyi gözlənilir.

Baziliyalı ulduzun hazırkı müqaviləsi bu yay başa çatır.

Qeyd edək ki, Neymar “Santos”un yetirməsidir. O, doğma komandasına bu ilin yanvarında “Əl-Hilal”dan keçib. Bu mövsüm forvard bütün turnirlərdə 9 oyun keçirib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bənzər xəbərlər