featured-image-61439

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike “Santos”un hücumçusu Neymar və “Real”ın forvardı Vinisiusu müqayisə edib.

Msport.az xəbər verir ki, ispaniyalı keçmiş futbolçu Vinisius barədə müsbət fikirlər səsləndirib.

Ancaq o, Neymarı daha güclü hesab edir: “Vinisius “Qızıl top”un gələcək qalibidir. Neymar isə tarixin “Qızıl top”u olmayan ən yaxşı oyunçusudur”.

Bu mövsüm Vinisius “Real”ın heyətində bütün turnirlərdə 29 oyunda 16 qol vurub, 10 məhsuldar ötürmə verib. Neymar isə peşəkar futbolçu karyerası ərzində “Santos”, “Barselona”, PSJ və “Əl-Hilal”da oynayıb. 33 yaşlı “sambaçı” Braziliya millisində 128 oyun matçda 79 dəfə fərqlənib.

Qeyd edək ki, “Qızıl top”u qazanan sonuncu braziliyalı 2007-ci ildə Kaka olub.

Bənzər xəbərlər