Neymar və Messi PSJ-dən gedə bilər
PSJ rəhbərliyi Lionel Messi və Neymarın 2023-cü ilin yayında klubu tərk edəcəyini gözləyir.
Msport.az “Foot Mercato”ya istinadən xəbər verir ki, Paris klubu braziliyalı futbolçunu yayda satmaq istəyir.
DÇ-2022-dən sonra hücumçunun zəif çıxış etməsi bu fikirləri sürətləndirib. Braziliya millisinin üzvünün klubda komanda yoldaşları ilə mübahisələri də qərarda həlledici rol oynaya bilər.
Messi isə özü PSJ ilə müqavilənin uzadılması məsələsində tərəddüd edir. Argentinalı ulduz futbolçu PSJ-nin bu mövsüm Çempionlar Liqasındakı nəticələrini gözləyəcək ki, həlledici qərar versin.
Anar Abdullayev







