featured-image-22093

Neymar və Serxio Ramos PSJ-nin Fransa çempionatının 22-ci turu çərçivəsində “Tuluza” ilə oyunu buraxacaqlar. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, matç sabah keçiriləcək.

Braziliya millisinin üzvü zədədən sonra müalicəsini davam etdirir və fərdi qaydada məşq edir. O, gələn həftənin əvvəlində komanda ilə birgə hazırlığa qoşulacaq.

Serxio Ramos da gələn həftənin əvvəlində komanda ilə birgə məşq edəcək.

Neymar zədə səbəbindən “Monpelye” ilə görüşü də buraxmışdı. Ramos isə məhz həmin matçda zədələnmişdi.

Qeyd edək ki, Kilian Mbappe də zədəli olduğundan 3 həftə komandasına kömək edə bilməyəcək.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər