Neymar yenə millidən kənarda qala bilər
“Santos”un hücumçusu Neymar zədə səbəbindən Braziliya millisinin qarşıdakı oyunlarını buraxa bilər.
Msport.az xəbər verir ki, ulduz futbolçu cümə axşamı klubun məşqində ağrılardan şikayətlənib.
Bundan sonra Neymar yalnız zalda fərdi məşqlərlə kifayətlənib.
“Santos” artıq forvardın durumu ilə bağlı milliyə məlumat verib.
Yaxın günlərdə Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti heyəti açıqlayacaq. Xatırladaq ki, Neymar 2023-cü ilin oktyabrından millidə oynamayıb.