Neymar zədələndi - "Bayern"ə qarşı oynayacaqmı?
PSJ-nin braziliyalı hücumçusu Neymar Liqa-1-in dünən “Lill”lə keçirilən oyununda (4:2) zədələnib.
Msport.az “L`Equipe” istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun nə vaxt məşqlərə başlayacağı məlum olub.
Neymar “Bayern Münhen”lə Çempionlar Liqasının 1\8 final mərhələsinin cavab matçına kimi sağala bilər.
Onun bərpa müddəti təxminən 2-3 həftə çəkəcək.
Xatırladaq ki, 2-ci hissənin əvvəlində Neymar “Lill”in müdafiəçisi Fonte ilə toqquşub. 51-ci dəqiqədə o, meydanı xərəkdə tərk edib. Neymarın əvəzinə meydana Uqo Ekitike daxil olub.
İlkin müayinədən sonra məlum olub ki, futbolçunun ayağındı ciddi sınıq yoxdur. Lakin 48 saatdan sonra təkrar müayinə olacaq.
ANAR ABDULLAYEV







