Neymara Səudiyyə Ərəbistanından fantastik məbləğdə təklif
PSJ-nin ulduz futbolçusu Neymar klubunu dəyişmək qərarını verib.
Msport.az xəbər verir ki, 31 yaşlı hücumçu keçmiş komandası “Barselona”ya qayıtmaq istəsə də, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi buna razılıq verməyib.
Neymar Səudiyyə Ərəbistanı klublarının birindən 300-400 milyon avro maaş təklif alıb. Bu hazırda Neymarın aldığı yeganə rəsmi təklifdir. Onunla “İnter Mayami”, “Çelsi” və Braziliyadan bir klub da maraqlanır.
Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də çıxış edir.
Royal Türksoy







