featured-image-19599

Braziliya millisinin futbolçusu Neymar Fransanın PSJ klubunda qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib.

Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu “Strasburq”a qarşı Liqa 1-in 16-cı tur oyununda uğursuzluqla üzləşib.

Forvard 62-ci dəqiqədə rəqibin cərimə meydançasından simulyasiya etdiyi üçün ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Neymar 2017-ci ildə Paris təmsilçisinə keçdikdən sonra 5-ci dəfə qırmızı vərəqə görüb. Bu, həmin müddətdən bəri yerli çempionatda PSJ-nin oyunçuları arasında ən yüksək göstəricidir.

Paytaxt təmsilçisinin azarkeşləri də sosial şəbəkələrdə oyunçunun bu hərəkətini sərt tənqid ediblər.

Qarşılaşma isə PSJ-nin 2:1 hesablı qələbəsi ilə bitib. Neymar cari mövsüm komandanın heyətində 21 oyuna çıxıb, 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər