featured-image-24615

Fransa millisinin sabiq futbolçusu Kristof Düqqari PSJ-nin ulduzu Neymarı tənqid edib. Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, 1998-ci ilin dünya çempionu olan Düqqari braziliyalı hücumçunun meydandakı davranışından bezdiyini deyib:

“Mən daha onu görmək istəmirəm. Onun driblinqləri və münasibəti sadəcə qəbul edilməzdir. Artıq Neymarı meydanda görmək istəmirəm. Ondan bezmişəm”.

Qeyd edək ki, bir müddət əvvəl Neymarın zədə səbəbindən 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı məlum oldu. Braziliya millisinin üzvü Dohada əməliyyat olunacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər