Neymarın “İnter Mayami”yə keçə biləcəyi vaxt bəlli olub
Braziliya millisinin futbolçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrıla bilər.
Msport.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Hücumçu “Barselona”dakı keçmiş komanda yoldaşları Luis Suares və Lionel Messi ilə yenidən bir araya gələ bilər. “İnter Mayami” ABŞ-da yeni mövsüm başlamazdan əvvəl Neymarı yanvarda almağa çalışacaq və ya 2025-ci ilin yayında baş tutacaq klublararası dünya çempionatının sonunadək gözləyəcək.
Qeyd edək ki, oyunçunun hazırkı klubu ilə müqaviləsinin müddəti yayda başa çatacaq.