featured-image-25034

Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar karyerasını 2027-ci ildə başa vurmağı planlaşdırır.

Msport.az xəbər verir ki, bu barədə insayder Devid Ornşteyn məlumat verib. Mənbənin sözlərinə görə, 2027-ci ilə kimi Paris klubu ilə müqaviləsi olan 31 yaşlı futbolçu başqa komandada oynamaq istəmir.

Neymar karyerasını məhz PSJ-də başa vurmaq haqqında fikirləşir.

Braziliyalı forvardın sağ dizi əməliyyat olunduğundan bu mövsüm meydana çıxa bilməyəcək. O, bu günlərdə Dohada cərrah masasına uzanıb və əməliyyat uğurlu keçib

ANAR ABDULLAYEV

Bənzər xəbərlər