Neymarın övladı dünyaya gələcək - FOTO
PSJ-nin hücumçusu Neymar xanımı Bruno Byankardi ilə birgə sosial şəbəkədə şad xəbəri paylaşıblar. Msport.az xəbər verir ki, cütlük yeni övladlarının olacağını elan ediblər.
Braziliyalı futbolçunun xanımı bununla bağlı instaqramda öz fikirlərini yazıb:
“Biz sənin dünyaya gəlişini səbirsizliklə gözləyirik, buna hazırlaşırıq. Tezliklə bizimlə birgə olacağımızı, sevgimizi artıracağını düşünəndə günümüz daha xoş olur. Əla ailəyə gələcəksən, qardaşın, nənən, əmin, xalan – hamısı səni gözləyir və çox sevirlər. Oğlum, tez gəl, biz səni gözləyirik”.
Xatırladaq ki, Neymarın əvvəlki xanımdan bir oğlu var. Onun artıq 12 yaşı var.

ANAR







