featured-image-53707

Rafinya Neymarın “Barselona”dakı rekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, o, buna La Liqada “Valyodolid”ə 7:0 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Braziliyalı oyunçu görüşdə het-trik edib və məhsuldar ötürmə ilə yadda qalıb.

27 yaşlı vinger və Neymar XXI əsrdə bir La Liqa matçında üç qol vuran və assist edən yeganə braziliyalılardır.

Qeyd edək ki, Rafinyanın Kataloniya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

Bənzər xəbərlər