Neymarın "Santos"da təqdimatı olub - FOTOLAR
Braziliya millisinin üzvü Neymarın “Santos” klubunda təqdimat mərasimi keçirilib. Msport.az xəbər verir ki, ulduz futbolçunun təqdimatında stadion tam dolub.
Neymar “Santos”un əsas komandasında 2009-2013-cü illərdə çıxış edib. O, həmin müddətdə 225 oyunda 136 qol vurub və 64 məhsuldar ötürmə verib.
Onun “Santos”la müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” onun dəyərini 15 milyon avro qiymətləndirir.