featured-image-55089

“Əl Hilal”ın baş məşqçisi Jorje Jezuş Səudiyyə Ərəbistanı çempionatının zəif olması ilə bağlı səslənən fikirlərə cavab verib.

Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Niderland millisinin baş məşqçisi Ronald Kumanı da tənqid edib. Qeyd edək ki, Kuman “Ayaks”dan “Əl İttihad”a yollanan Stiven Berqveynin doğru addım atmadığını bildirmişdi.

“Niderland çempionatı Avropada ən zəiflərdən biridir. Kumanın heç bir mənəvi  haqqı yoxdur ki, belə şey danışsın. Çünki o, Səudiyyə Ərəbistanı liqasından xəbərsizdir. Səudiyyə liqası Niderland çempionatından güclüdür”.

Xatırladaq ki, Kumanın tənqidindən sonra Berqveyn onun rəhbərliyi altında oynamayacağını bildirib.

Bənzər xəbərlər