featured-image-26017

Niderland millisinin müdafiəçisi Vircil van Deyk bir neçə futbolçunun zəhərlənərək yığmanın düşərgəsini tərk etməsi xəbərinə münasibət bildirib. Msport.az xəbər verir ki, toyuqdan ətindən bəzi oyunçuların zəhərlənməsi haqqında məlumatlar yayılıb:

“Bilmirəm, bu xəbərlər hardan çıxıb. Mən də karri toyuğu yedim, əla idi. Toyuqdan zəhərləniblər? Heç bir məlumatım yoxdur.

Sözsüz ki, bu komandaya ağır zərbədir, lakin uşaqlar göstərməlidirlər ki, onlar bacarırlar. Mən onlara inanıram”.

Məşqçilər korpusu qarşıdakı oyunlarda qapıçı Bart Verbryüqqen, müdafiəçi Mattieys de Lixt, Sven Botman, yarımmüdafiəçi Yoey Verman və hücumçu Kodi Qakponun xidmətlərindən yararlana bilməyəcək.

KİV-də bəzi futbolçuların karri toyuğundan zəhərlənməsinə dair xəbərlər yayılıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər