featured-image-68294

“Valensiya” Arno Danjumanı transfer edib.

Msport.az xəbər verir ki, 28 yaşlı niderlandlı hücumçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Niderland yığmasının sabiq futbolçusu komandaya sərbəst agent kimi qoşulub.

Qeyd edək ki, Danjuma 2024-25 mövsümündə “Vilyarreal”dan “Jirona”ya icarəyə verilmişdi. O, meydana çıxdığı 37 matçda 5 qol və 2 məhsuldar ötürməyə imza atıb.

Bənzər xəbərlər