Niderland millisinin yeni baş məşqçisi məlum oldu
Ronald Kuman Niderland millisinin yeni baş məşqçisi təyin olunub.
nxəbər verir ki, yerli futbol federasiyası hələ apreldə belə qərara gəlmişdi. Kumanın müqaviləsi 2026-cı ilin dünya çempionatına kimi nəzərdə tutulub.
Təcrübəli mütəxəssis 2018-2020-ci illərdə Niderland yığmasının sükanı arxasında olub. Onun dövründə Niderlandın ən yaxşı nəticəsi Millətlər Liqasının finalıdır. Kuman yığmadan başqa, “Barselona”, “Everton”, “Valensiya” kimi klubları çalışdırıb.







