featured-image-37933

Polşanın “Legiya” klubunun 2 futbolçusu AZ ilə Niderlandda keçirilən UEFA Konfrans Liqasının qrup mərhələsinin oyunundan sonra yerli polislər tərəfindən saxlanılıb.

Msport.az xəbər verir ki, buna səbəb müdafiəçi Radovan Pankov və yarımmüdafiəçi Josuenin qarşılaşmanın ardından polislərlə yaşanan insidentdə iştirak etmələri olub.

Hələ matçdan əvvəl təhlükəsizlik əməkdaşları ilə azarkeşlər arasında qarşıdurma yaşanıb. Buna görə də görüş başa çatdıqdan sonra “Legiya”nın nümayəndə heyətinin ən sonda stadiondan buraxılması qərara alınıb. Bu isə polşalıların ürəyincə olmayıb.

Vəziyyət nəzarətdən çıxıb və hətta Polşa klubunun sahibi Dariuş Mioduski ilə fiziki hazırlıq üzrə məşqçi Mixal Kvietnevski avtobusa minərkən döyülüblər. Həmin insidentə qarışan Pakov və Josue isə saxlanılıblar.

Qeyd edək ki, AZ – “Legiya” görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər