Niderlandlı futbolçu 6-9 aylıq sıradan çıxıb
İngiltərənin “Nyukasl” klubu itki ilə üzləşib.
Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Sven Botman zədə səbəbindən mövsümü başa vurub.
O, “Mançester Siti”yə qarşı (0:2) ölkə kubokunun 1/4 final mərhələsinin matçında çarpaz bağlarından xəsarət alıb.
24 yaşlı niderlandlı oyunçu əməliyyat olunacaq. Bərpa 6 aydan 9 ayadək davam edəcək.
Qeyd edək Botman cari mövsüm bütün turnirlərdə 22 matçda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.