Niderlandlı futbolçu “Barselona”da qalır
İspaniyanın “Barselona” klubunda futbolçu Frenki de Yonqun taleyinə aydınlıq gəlib.
Msport.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
27 yaşlı futbolçu karyerasını Kataloniya təmsilçisində davam etdirməyi qərara alıb.
Komandanın baş məşqçisi Hans-Diter Flik yeni mövsümdə yarımmüdafiəçiyə ümid edir.
Qeyd edək ki, ötən mövsüm Frenki bütün turnirlərdə 30 matça çıxıb, 2 qol vurub. Niderlandlı oyunçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.