Niderlandlı futbolçu da Səudiyyə Ərəbistanında oynaya bilər
İspaniyanın “Barselona” klubunun futbolçusu Frenki de Yonq karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Msport.az xəbər verir ki, Niderland millisinin üzvünün meneceri Ali Dursun ərəb ölkəsi ilə bağlı araşdırma aparır.
Kataloniyalılar 27 yaşlı futbolçu ilə müqaviləni uzatmaqda maraqlı olsa da, hazırkı şərtlərlə deyil. Bu mövsüm de Yonq vergilərdən sonra təxminən 9 milyon avro, həmçinin mövsümün 60% matçında oynasa, 4,2 milyon loyallıq bonus alacaq.
Ancaq ispanlar bu məbləğin azalmasını istəyir. Futbolçu özü isə az oyun şansı əldə etdiyi üçün klubunu dəyişməyi planlaşdırır.
Qeyd edək ki, Frenki de Yonqun müqaviləsi 2026-cı ilə qədərdi.