Niderlandlı yarımmüdafiəçi “Mançester Yunayted”ə keçə bilər
Fransanın PSJ klubunun və Niderland millisinin futbolçusu Xavi Simons karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” 21 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
“Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq oyunçunu sərəncamında görmək niyyətindədir.
Simons icarəyə götürülə bilər.
O, 2027-ci il iyunun 30-na qədər PSJ-yə məxsusdur.