featured-image-45227

“Volfsburq” baş məşqçisi Niko Kovaçı istefaya göndərib.

Msport xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Komandanın dünən Bundesliqanın 26-cı turunda “Auqsburq”a doğma meydanda (1:3) məğlubiyyətdən sonra bu qərar verilib.

“Volfsburq” ardıcıl 3-cü dəfə uduzub.

52 yaşlı xorvatiyalı mütəxəssis 2022-ci ilin yayından “Volfsburq”u çalışdırırdı. 26 turdan sonra komanda Bundesliqada 25 xalla 14-cü pillədə qərarlaşıb.

Bənzər xəbərlər