featured-image-65389

“Lester Siti”nin baş məşqçisi Rud van Nistelroy mövsümün sonunda komandadan ayrılacaq.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Rob Dorset məlumat yayıb.

Onun sözlərinə görə, “Lester” hələlik onu kiminlə əvəzləyəcəyinə qərar verməyib. DKlub Van Nistelroya hörmət əlaməti olaraq, onun gedişi ilə bağlı razılıq əldə olunana qədər heç bir məşqçi ilə danışıq aparmaq istəmir.

Qeyd edək ki, “Lester” 37 turdan sonra turnir cədvəlində 25 xalla 18-ci yerdədir. Komandanın Premyer Liqanı tərk edəcəyi vaxtından əvvəl dəqiqləşib.

Bənzər xəbərlər