featured-image-79711
“Sabah” müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
2024-cü ildən “Sabah”ın uğurları üçün çalışan Noqeyra bu müddət ərzində  62 oyunda 4 qol vurub.
Qeyd edək ki, 31 yaşlı futbolçu karyerasını Rusiya Premyer Liqasında – “Rostov”da davam etdirəcək. O, bu komanda ilə 2 illik müqaviləyə imza atıb.

Bənzər xəbərlər