featured-image-17563

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, paytaxt təmsilçisi Norveçin “Bodo Qlimt” klubunun yarımmüdafiəçisi Ola Solbakkeni transfer edib.

Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb. Tərəflər müddəti 2027-ci ilin yayına qədər olan müqaviləyə imza atıblar. Norveçli futbolçu yeni klubuna 2023-cü ilin 2 yanvarından etibarən qoşulacaq. Çünki onun “Bodo Qlimt”lə müqaviləsinin müddəti bu ilin 31 dekabrında bitəcək. İtaliya klubu “Bodo Qlimt”ə təzminat ödəməyəcək.

Solbakken “Ranheym” klubunun yetirməsidir. 24 yaşlı vinger 2020-ci ildən “Bodo Qlimt”də çıxış edir. O, Norveç yığmasında 4 oyun keçirib.

Bənzər xəbərlər