Norveçdə oyunun ən yaxşısına quzu hədiyyə etdilər
Norveç I Liqasının III turunda “Bryüne” doğma meydanda “Höqesunn”a 3:1 hesabı ilə qalib gəlib.
Msport.az xəbər verir ki, ev komandasının ilk qolunu vuran Aksel Krüger matçın oyunçusu seçilib.
28 yaşlı müdafiəçiyə ükafa olaraq quzu hədiyyə edilib.
Qeyd edək ki, əkinçilik və heyvandarlıqla tanınan Bryen şəhərinin təmsilçisi daha əvvəl ən yaxşı seçilən futbolçulara yumurta və süd də verib.
Bundan əlavə, klubun azarkeşləri VIP bilet xidmətinin bir hissəsi kimi matçları meydançanın kənarında yerləşən ekskavatorlardan izləyə bilərlər.