“Nottinqem Forest” baş məşqçisi ilə yollarını ayırdı
“Nottinqem Forest” baş məşqçisi Nunu Eşpiritu Santusla yollarını ayırıb. Msport.az xəbər verir ki, iyunda portuqaliyalı mütəxəssislə müqavilənin müddəti 2028-ci ilə qədər uzadılmışdı.
Nunu Eşpiritu Santus həm də komandanı avrokuboklara çıxardığından bu qərar təccüblü görünür. Mətbuatın yazdığına görə, onun klubun sahibi və idman direktoru Edu ilə transferlərə görə mübahisəsi düşüb.
Vakant posta iki mütəxəssisin adı çəkilir, bu günlərdə “Fənərbaxça”dan qovulmuş Joze Mourinyo və “Tottenhem”in sabiq baş məşqçisi Anqe Postekoqlu.