featured-image-23852

“Sampdoriya” fanatları klub rəhbərliyinin ünvanına hədə-qorxu gəliblər.

Msport.az xəbər verir ki, onlar bağlamada donuz başı göndərərək, prezident və vitse-prezidenti təhqir ediblər.

Bu gün Genuya klubunun mənzil-qərərgahına içində donuz başı olan qutu göndərilib.

Bağlamanın içində “Sampdoriya”nın prezidenti Massimo Ferrero və vitse-prezident Antonio Romeinin ünvanına təhqir yazılmış kağız da olub. Məktubda “növbəti başlar sizin olacaq” yazılıb.

Polis araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədənləri tapmaq üçün təhlükəsizlik kameralarını izləyəcəklər.

Artıq xeyli vaxtdır ki, azarkeşlərlə rəhbərliyin münasibətləri gərgindir.

23 turdan sonra komanda 11 xalla 19-cu yeri tutur.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər