featured-image-38121

“Yuventus”un yarımmüdafiəçisi Nikolo Fadjoli bukmeker kontorlarına qeyri-qanuni pul qoyuluşunda ittiham olunur. Msport.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu istintaqa cəlb olunub.

Təhqiqatı Turin prokurorluğu aparır.

Fadjolinin günahı sübut olunarsa, o, 3 il futboldan kənarlaşdırıla bilər.  Həmçinin oyunçu 25 min avrodan çox cərimə də ödəməli olacaq.

Fadjoli bu mövsüm “Yuve”nin heyətində 6 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə verib.

Bənzər xəbərlər