Növbəti seçkilərdə namizəd olmayacaq
“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək.
Msport.az xəbər verir ki, o, bu barədə açıqlamasında məlumat verib.
64 yaşlı funksioner camiənin hüzura ehtiyacı olduğu üçün bu qərarı qəbul etdiyini vurğulayıb.
Qeyd edək ki, Ahmet Nur Çebi 2019-cu ildən İstanbul təmsilçisinin prezidentidir. Növbəti seçkilər noyabrın 26-da olacaq.