featured-image-14571

“Dinamo-Avto” komandasının baş məşqçisi Novruz Əzimov Modova Super Liqasının X turunda evdə “Şerif”ə 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.

Msport.az-ın məlumatına görə, 62 yaşlı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında rəqibin öz klasını nümayiş etdirdiyini bildirib.

Tiraspol təmsilçisinin layiqli qələbə qazandığını deyən Əzimov komandasının əsasən gənc futbolçulardan ibarət olduğunu və hələlik təcrübə topladıqlarını söyləyib: “Bu cür oyunlar bizim üçün faydalıdır. “Şerif” bu gün bizdən daha yaxşı oynadı və qalib gəldi. Gələn mövsüm daha yaxşı çıxış etmək üçün bu il təcrübə yığmalıyıq”.

Baş məşqçi Moldova Kubokundakı şanslarını da dəyərləndirib: “Cəhd edəcəyik. Hər oyunda qələbə üçün mübarizə aparırıq. Bacardığımız qədər irəliləmək istəyirik”.

Bənzər xəbərlər