Novruz Əzimovun komandası Moldova Kuboku ilə vidalaşdı
Moldova Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Msport.az xəbər verir ki, Novruz Əzimovun baş məşqçi olduğu “Dinamo-Avto” bu raundda “Univer-Oquzsport”u qəbul edib.
Matçın əsas vaxtı qolsuz başa çatıb. 93 və 100-cü dəqiqələrdə top buraxan meydan sahibləri yekunda 0:2 hesabı ilə uduzaraq, turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, qonaqlar oyuna baş məşqçisiz çıxıblar.