featured-image-45382

“Bayern”in qapıçısı Manuel Noyer Almaniya millisinin düşərgəsində zədələnib. Msport.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı qolkiper Fransa və Niderlandla yoldaşlıq oyunlarını buraxacaq.

Qeyd edək ki, təcrübəli əlcək sahibi sonuncu dəfə millinin formasını Qətərdə keçirilmiş DÇ-2022-də geyinib. Noyerin 2022-ci ilin dekabrında ayağı sınmışdı və o, ötən ilin payızına kimi zədəsini sağaldırdı.

Almaniya seçməsi martın 23-də Fransa, 26-da isə Niderlanlda üz-üzə gələcək.

 

Bənzər xəbərlər