Noyeri gürcü qapıçı əvəz edəcək
Gürcüstan millisinin qapıçısı Qeorqi Mamardaşvili yaxın vaxtlarda “Bayern”ə keçə bilər.
Msport.az xəbər verir ki, “Valensiya”nın qolkiperi bu gün öz meneceri ilə Münhenə uçub.
Qeyd edək ki, insayder Fabritsio Romano “Bayern”in 22 yaşlı futbolçu ilə maraqlandığını yazmışdı.
Onun sözlərinə görə, Almaniya klubu müxtəlif variantları nəzərdən keçirsə də, siyahıda Mamardaşvili də var.
Ona Manuel Noyerin əvəzləyicisi kimi baxırlar.
Gürcüstan yığmasının qapıçısı ötən mövsüm La Liqada 38 oyuna çıxıb. O, 2021-ci ildən “Valensiya”nın şərəfini qoruyur.







