featured-image-29061

“Bayern Münhen”in və Almaniya millisinin qapıçısı Manuel Noyer ağır zədədən sonra iyulda tam şəkildə bəra olacaq.

Msport.az xəbər verir ki, 37 yaşlı qolkiper 2-3 həftədən sonra yüngül məşqlərə başlayacaq. O, ilk dövrdə  sadə hərəkətlər edəcək və qaçacaq. Əgər hər hansı çətinlik yaranmasa, Noyer iyulda komanda ilə  birgə məşqlərə qoşulmağı düşünür. O, növbəti mövsümün əvvəlinə tam hazır ola bilər.

Xatırladaq ki, təcrübəli futbolçu ötən ilin dekabrında tətil zamanı xizək sürərkən yıxılaraq ayağını sındırmışdı.

“Bayern”in baş məşqçisi Tomas Tuxel Noyerə gələn mövsüm əsas qapıçı gözü ilə baxır.

ANAR ABDULLAYEV

 

Bənzər xəbərlər