featured-image-55337

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Mateus Nunes mobil telefon oğurladığı üçün Madriddə saxlanılıb.

Msport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı portuqaliyalı ilə bağlı insident sentyabrın 8-də İspaniyanın paytaxtında gecə klublarının birində baş verib.

Nunes onun fotosunu çəkən şəxsin cib telefonunu oğurlayıb. Ardınca yarımmüdafiəçi polis bölməsinə aparılıb və ifadəsi alınıb. Futbolçuya qarşı ittiham irəli sürüldükdən bir neçə saat sonra məhkəməni gözləmək üçün sərbəst buraxılıb.

Qeyd edək ki, Mateus 2023-cü ildə 62 milyon avroya “Vulverhempton”dan “Mançester Siti”yə keçib. O, “şəhərlilər”in heyətində 35 oyun keçirib.

Bənzər xəbərlər