Nuri Şahin “Borussiya”da
“Antalyaspor”un baş məşqçisi Nuri Şahin Dormund “Borussiya”sının sükanı arxasına keçəcək.
Msport.az xəbər verir ki, bu barədə Ertan Süzgün sosial şəbəkə hesabında yazıb.
İddiaya görə, mütəxəssis Edin Terziçin məşqçilər korpusunda yer alacaq, gələn mövsümdən isə baş məşqçi olacaq. Terziç isə idman direktoru funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Nuri Şahin futbolçu olduğu dönəmdə “Borussiya”nın formasını geyinib.