featured-image-30277

Litva çempionatında 10-cu turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Nurlan Novruzovun şərəfini qoruduğu “Yonava” növbəti görüşünə çıxıb.

Sözügedən komanda səfərdə “Baltiyos”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun “Yonava”nın məğlubiyyəti ilə başa çatıb – 1:2.

Nurlan bu oyunun 90-cı dəqiqəsində meydana çıxıb və 90+4-cü dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirən qola imza atıb. Bu, onun Latviyadakı ilk qoludur.

“Yonava” 10 turdan sonra 4 xalla sonuncu pillədə qərarlaşıb.

Bənzər xəbərlər