featured-image-20427

“Nyukasl”ın hücumçusu Joelinton içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Msport.az “The Tmes”ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu gün səhər saatlarında Pontlend-roud rayonunda polis tərəfindən həbs olunub.

26 yaşlı forvard yanvarın 26-da yerli məhkəmə önünə çıxarılacaq.

“Nyukasl” nümayəndələri, həmçinin baş məşqçi Eddi Hauya hadisə barədə məlumat verilib.

Joelinton 2019-cu ildən “sağsaanlar”ın heyətində çıxış edir.

Bənzər xəbərlər