featured-image-30355

“Nyukasl” Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib. Msport.az xəbər verir ki, “sağsağanlar” İngiltərə Premyer Liqasının 37-ci turunda “Lester”lə qolsuz bərabərə qalıb.

37 oyundan 70 xal toplayan “Nyukasl” turnir cədvəlində 3-cü yeri tutur. Mövsümün başa çatmasına 1 tur qalmış Eddi Xaunun komandası 5-ci pillədə olan “Liverpul”u 4 xal qabaqlayır.

“Nyukasl” sonuncu dəfə Çempionlar Liqasında 2002-2003 mövsümündə iştirak edib. Həmin vaxt komanda “Yuventus”, Kiyev “Dinamos”su və “Feyenoord”la mübarizədə qrupda 2-ci yeri tutmuşdu. “Nyukasl” ikinci qrup mərhələsində “Barselona” və “İnter”i özündən irəli buraxaraq mübarizəni dayandırmışdı.

Avrokuboklarda isə “Nyukasl” sonuncu dəfə 2012-2013 mövsümündə Avropa Liqasında çıxış edib.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər