“Nyukasl” 40 milyona 20 yaşlı müdafiəçi aldı
“Nyukasl” heyətini daha bir futbolçuyla gücləndirib.
Msport.az verir ki, Premyer Liqa təmsilçisi “Sauthempton”dan Valentino Livramentonu transfer edib. 20 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Sağsağanlar” bu transfer üçün 40 milyon funt sterlinq xərcləyib.
Qeyd edək ki, Livramento ötən mövsüm zədə səbəbindən cəmi 2 oyunda iştirak edib.
Royal Türksoy







