featured-image-23712

“Nyukasl” İngiltərə Liqa kubokunu qazansa, komandaya 1 milyon funt mükafat veriləcək.

Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, “sağsağanlar” final görüşündə “Mançester Yunayted”lə üz-üzə gələcək.

“Nyukas”ın Səudiyyə Ərəbistanından olan sahiblərinin vəd etdiyi pul İngiltərə Futbol Liqasının ayırdığı mükafatdan 10 dəfə çoxdur.

Qeyd edək ki, “Nyukasl” 48 ildən sonra ilk dəfə kuboku qazana bilər.

Bonuslar futbolçulara cari mövsümdə neçə oyun keçirmələri, neçə dəqiqə meydanda olmaları əsasında veriləcək. Baş məşqçi Eddi Xau da müqaviləsində nəzərdə tutulan mükafatı alacaq.

Mükafatın məbləği hələ ötən mövsüm “Nyukasl”ın futbolçuları ilə rəhbərlik arasında danışıqlardan sonra müəyyənləşdirilib.

“Nyukasl” və “Mançester Yunayted” arasında oyun fevralın 26-da olacaq.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər