featured-image-32009

“Milan”ın futbolçusu Sandro Tonali karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, söhbət Tonali üçün 50 milyon avro ödəməyə hazır olan “Nyukasl”dan gedir. 23 yaşlı yarımmüdafiəçi ilə “Çelsi” də maraqlanır.

“Milan” rəhbərliyi Tonalini klubun əsas oyunçularından hesab edir və onu satmayacağını bildirib.

Qeyd edək ki, Sandro 2020-ci ildən “rossoneri”lərin şərəfini qoruyur. O, son mövsüm ərzində 48 oyunda iştirak edib, 2 qol vurub və 9 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər